Modern.az

Tam doza peyvənd alanlar xəstəliyi yüngül keçirir

Tam doza peyvənd alanlar xəstəliyi yüngül keçirir

Aktual

26 Yanvar 2022, 15:25

“Hazırda koronavirusa yoluxan xəstələrdə dad və iybilmənin itmə tezliyi aşağıdır”.

 

Modern.az xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

 

Onun sözlərinə görə, simptomlar meydana çıxanda insan özünü mütləq təcrid etməlidir:

 

“Bundan başqa maska taxılmalı, otağın havası tez-tez dəyişdirilməli və gigiyena qaydalarına əməl olunmalıdır.. Ərazi üzrə ailə həkiminə müraciət etməlidir. Bundan sonra test götürmək üçün müəyyən şəxsin göndərilməsi məsələsinə baxılır”.

 

T.Eyvazov qeyd edib ki, tam doza peyvənd alanlar xəstəliyi yüngül keçirir:

 

“Kimsə iki, kimsə bir doza peyvənd almış, kiminsə yanaşı xəstəlikləri ola bilər. Amma bütün doza peyvəndləri qəbul edən və koronavirusa yoluxan şəxslər xəstəliyi yüngül keçirdirlər. Hazırda “buster” dozanın qəbul edilməsi lazımdır. Əvvəlki dozaların üstündən 5-6 ay keçibsə, demək ki, təsiri aşağı düşüb. Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var