Modern.az

İraq və Suriyadan Azərbaycana gətirilən uşaqların sayı AÇIQLANDI

İraq və Suriyadan Azərbaycana gətirilən uşaqların sayı AÇIQLANDI

Aktual

1 Fevral 2022, 11:26

"İraqdan və Suriyadan ölkəmizə repatriasiya olunan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən lazımi sosial dəstək tədbirləri ilə əhatə olunurlar".

 

Modern.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Behbudov  mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, ümumilikdə 2018-ci ildən bu günə qədər müvafiq dövlət qurumları tərəfindən 358 Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib:

 

“Onlardan 340 nəfəri uşaq, 18 nəfəri isə analardır. 2021-ci ildə isə ümumilikdə 81 nəfər vətəndaşımız qeyd olunan ölkələrdən repatriasiya olunub ki, onlardan da 49 nəfəri Agentliyin tabeliyində olan sosial xidmət müəssisəsinə yerləşdirilib".

 

Agentlik rəsmisi bildirib ki, sosial işçilər tərəfindən onlarla müvafiq psixo-sosial reabilitasiya işləri aparılıb və bu proses davam etdirilir:

 

"Qeyd edim ki, Repatriant uşaqların və qəyyum ailələrin sosial problemlərinin aradan qaldırılması məqsədi ilə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin təşəbbüsü ilə Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq İdarələri və Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları, həmçinin bu ailələrə sosial dəstək göstərilməsi üçün 3 sosial işçidən ibarət səyyar qruplar yaradılıb və onlar tərəfindən Bakı və qəsəbələrində, Sumqayıt və Abşeronda yaşayan 87 repatriant uşaqların ailələrindən 79-a səfərlər təşkil edilib. Bu səfərlər zamanı ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınıb və müvafiq dəstək göstərilməsi üçün tədbirlər görülüb. Hazırda da bu şəxslərin və onların ailə üzvlərinin zəruri sosial xidmətlərlə təmin edilməsi üçün tədbirlər davam etdirilir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var