Modern.az

2 milyondan çox vətəndaşımız GƏNCDİR

2 milyondan çox vətəndaşımız GƏNCDİR

Aktual

2 Fevral 2022, 11:33

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ölkəmizdə 10 milyon 119 min əhalinin 2 milyon 305 mini 14-29 yaş arasında olan vətəndaşlarımızdır:

 

"20-29 yaş arası gənclərin sayı isə 1 mlyon 560 min nəfərdir. Son illər gənclər ölkənin ictimai həyatında daha aktiv şəkildə iştirak edirlər. Xüsusən də, son təyinatlarda gənclərə üstünlük verilməsi də gənclərimizin idarəetmədə də daha fəal iştirakından xəbər verir".

 

"Dayanıqlı inkişaf inkluzivliyi tələb edir. Bu baxımdan, gənclərin iqtisadi proseslərdə daha yaxından iştirakı inkluziv inkişafın güclənməsi aspektindən önəmlidir. Xüsusən də, gənc sahibkarların dəstəklənməsi və start-up yaradıcılara dövlət dəstəyinin artırılması prioritet hesab olunur. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, innovasiya daha çox gənclərdən gəlir. Buna görə də, artıq yeni dönəmdə gənclərin məşğulluğu, gənclərin sahibkarlıq sektorunda fəal iştirakının dəstəklənməsi daha da prortitet olmalıdır.

 

Torpaqlarımızın işğaldan azad olunmasında gənclərimizin rolu əvəzsiz oldu. Əminik ki, gənclərimiz region üçün yeni düzənin formalaşdığı bu mərhələdə də fəal şəkildə inkiluziv inkişafa dəstək olacaq" , - deputat bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var