Modern.az

Tamada, rəqqasə və bərbərlərin nəzərinə! - Hər ay pul verəcəklər

Tamada, rəqqasə və bərbərlərin nəzərinə! - Hər ay pul verəcəklər

Aktual

11 Oktyabr 2022, 16:20

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan və “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödəniləcək.

 

Beləliklə, bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

 

Müzakirələrdən sonra layihə səsə qoyularaq, birinci oxunuşda qəbul olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi