Modern.az

Dövlət qulluğu ixtisasları üzrə təsnifatlar genişləndirilir

Dövlət qulluğu ixtisasları üzrə təsnifatlar genişləndirilir

Aktual

11 Oktyabr 2022, 16:30

Müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri inzibati vəzifələrin dördüncü təsnifatına daxil edilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə nəzərdə tutulub. 

 

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri vəzifələr inzibati vəzifələrin beşinci təsnifatına daxil edilir.

 

Müzakirələrdən sonra layihə səsə qoyularaq, birinci oxunuşda qəbul olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi