Modern.az

Zərdüşt Əlizadə: "Əstağfürüllah, ASDP-yə qayıtmaram!"

Zərdüşt Əlizadə:

Aktual

12 Oktyabr 2022, 16:56

Politoloq Zərdüşt Əlizadə vaxtilə üzvü olduğu Azərbaycan Sosial-Demokrat Partiyasına (ASDP) qayıtmaq istəmir.
 

Bunu Zərdüşt Əlizadə Modern.az-ın sualına cavab olaraq bildirib.

O, əməkdaşımızın “vaxtilə həmtəsisçisi olduğunuz, sonradan üzvlüyündən imtina etdiyiniz Sosial-Demokrat Partiyasına dönmək istəyərsinizmi” sualına “əstağfürüllah” deyərək, reaksiya bildirib.
 

“Mən 2000-ci ildə oradan çıxmışam. Ürəyim istəyən kimi sadə, sərbəst həyat sürürəm. Azad jurnalist kimi yazıb-pozuram, fəaliyyət göstərirəm. Heç kəsdən asılı deyiləm, kimsəyə bağlı da deyiləm. Əzizlərimdən, qohumlarımdan başqa. Ətrafımdakı qohumlar isə yalnız sevdiklərimdir”.

Qeyd edək ki, ASDP 1989-cu ildə təsis edilib. Qurumun ilk sədri Araz Əlizadə olub. Partiya daxilində yaranan anlaşılmazlıqlar səbəbilə Zərdüşt Əlizadə 2000-ci ildə üzvlükdən imtina edib. 
 

Bu il oktyabrın 6-da Araz Əlizadənin vəfatı ilə əlaqədar partiyanın sədri postu boş qalıb.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi