Modern.az

Ötən ay 828 nəfər ZƏHƏRLƏNİB - Ölənlər var

Ötən ay 828 nəfər ZƏHƏRLƏNİB - Ölənlər var

Aktual

4 Noyabr 2022, 09:58

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 828 nəfər müraciət edib.

 

Bu barədə Modern.az-a KTM-dən bildirilib.

 

Qeyd edilib ki, onlardan 140 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

"Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 3-ü dəm qazından, 3-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 7-si allergik reaksiya, 2-si botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 2-sini ilan, 1-ni isə həşarat sancıb", - məlumatda qeyd edilib.

 

Rəsmi məlumata görə, zəhərlənən şəxslərin 62-si qadın, 50-si kişi, 28-i isə uşaq olub:

 

"Həkimlərin səylərinə baxmayaraq, 2 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü qadın, 2-si kişidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi