Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Fəxrəddin Veysəlli dövlət başçısının Azərbaycan dili ilə bağlı verdiyi fərmanla əlaqədar Modern.az-a qarşıda duran işlərdən danışıb. O, qeyd edib ki, 2020-ci ilə qədər Azərbaycan dilinin təlim və tədrisi ilə bağlı tədbirlər planı hazırlanır.
“Bu proqram əvvəlcə müzakirə olunacaq, sonra isə təsdiq ediləcək. Proqramda çox ciddi məsələlər var. Burada həmçinin radio, televiziya və ümumiyyətlə KİV-in dili ilə bağlı nəzarət mexanizmi yaradılacaq. Bundan ötrü AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda xüsusi monitorinq qrupları yaradılacaq ki, onlar da öz növbəsində KİV-də dillə bağlı problemlərə nəzarət edəcəklər. Həmçinin dil pozuntularına yol verən qəzet, radio, eləcə də televiziya xadimlərini monitorinqlərə cəlb edib onlara tövsiyələrimizi verəcəyik”.
Aytən Əliyeva