Modern.az

Deputat şəhid ailələrini ziyarət edib - FOTO

Deputat şəhid ailələrini ziyarət edib - FOTO

Aktual

10 Noyabr 2022, 12:43

Kürdəmirin deputatı Əminə Ağazadə 8 Noyabr Zəfər günü ilə əlaqədar rayonun şəhidlərinin ailələrinə baş çəkib.

 

Modern.az xəbər verir ki, deputatın ziyarət etdiyi şəhid ailələri sırasinda şəhid Murad Yunusovun da ailəsi olub.

 

Murad Bayram oğlu Yunusov Kürdəmir rayonunun Şahsevən kəndində dünyaya göz açıb, uşaqlığından zəhmətlə böyüyüb, qohum-qonşunun sevimlisi olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib, Qubadlının, Zəngilanın,  Cəbrayılın, Xocavəndin azad edilməsində şücaət göstərib. Xocavənd rayonu uğrunda döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.

 

Deputatın şəhidin valideyinləri ilə görüşündə Murad Yunusovun əziz xatirəsi ehtiramla yad edilib, ailəsinin problemləri dinlənilib.

 

Əminə Ağazadə həmçinin, rayonun Şiximli kəndindən olan Fərid Məmmədovun anası Kifayət xanımın da qonağı olub. Görüşdə şəhidimizin həyatı, döyüş yolu, ailəsinin qayğıları haqqında söhbət aparılıb.

 

Şəhid anası övladı ilə bağlı xatirələrini danışıb, onun ömür yolu bir daha yada salınıb. Görüşdə Əminə xanım bir daha vurğulayıb ki, şəhidlərimizin əziz xatirəsi qəlblərimizdə yaşayacaq, dövlətimiz onların bizə əmanəti olan ailələrini daim diqqətində saxlayacaqdır.

 

Qeyd edək ki, Fərid Eyvaz oğlu Məmmədov həmişə hərbiçi olmaq arzusunda olub. Vaxtında adi bir təsadüfdən Naxçıvanski adına hərbi liseyə də qəbul ola bilməmişdi. Hərbi xidməti bitirdikdən sonra orduda qalaraq müddətdən artıq xidmət edən şəxs qismində qulluğunu davam etdirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi