Modern.az

Gürcüstan PUA istehsal edəcək

Gürcüstan PUA istehsal edəcək

Aktual

13 Noyabr 2022, 09:43

Polşa və Gürcüstan yaxın gələcəkdə birgə pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, müdafiə naziri Cuanşer Burçuladze “Delta-Webe” Gürcüstan-Polşa şirkətinin pilotsuz uçuş aparatları zavodunun tikintisi ilə tanış olub.

 

Nazir qeyd edib ki, müəssisə yaxın vaxtlarda Gürcüstan istehsalı olan PUA-ları istehsal edəcək.

 

“Delta-Webe” Gürcüstan-Polşa şirkəti Polşanın "WB Electronics" şirkəti və Gürcüstanın "Delta" dövlət hərbi elmi-texniki mərkəzi arasında imzalanmış müqavilə əsasında yaradılıb.

 

Sözügedən müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar.

 

Nazirlik qeyd edib ki, mərkəzin peşəkar təlimatçıları Müdafiə Qüvvələrinin müvafiq şəxsi heyətini də hazırlayacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi