Modern.az

Əhalinin istilik borcu AÇIQLANDI

Əhalinin istilik borcu AÇIQLANDI

Aktual

15 Noyabr 2022, 11:30

Qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6489,4 min manat ödənilməmiş borc məbləği mövcuddur.

 

Modern.az xəbər verir ki, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinqdə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

 

O deyib ki, "Azəristiliktəchizat" ASC-nin xidmət zonasına 3 istehlakçı qrupu daxildir:


- Əhali istehlakçıları - 3871 bina, 184,0 minə yaxın mənzil;


- Büdcədən maliyyələşən təşkilatlar - 287 məktəb,162 uşaq bağçası, 152 səhiyyə obyekti, 163 büdcədən maliyələşən digər təşkilat;


- Təsərrüfat hesablı və kommersiya obyektləri -2081 ədəd.


2022-ci ilin 10 ayı üzrə İstilik haqlarının ödəniş səviyyəsi 91,3  faiz təşkil edib.


Əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90,8 % təşkil edib. Təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb.


Nəsimi rayonu, Topçubaşov küçəsi 23a – 20,7 %,


Xətai rayonu Telnov (Lütfizadə)  7 – 19,0%,


Sabunçu rayonu 4094-cü bina 6 – 5,4 %,


Suraxanı rayonu, Hafis Quliyev küçəsi 22 – 10,1%,


Yasamal rayonu, Parlament pr.1 – 11,6%,


Yasamal rayonu, Z. Xəlil 17 – 17,8%.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi