Modern.az

Aysunun arzularını yeni doğulan bacısı yaşadacaq

Aysunun arzularını yeni doğulan bacısı yaşadacaq

Aktual

18 Noyabr 2022, 10:46

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi dövründə erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın bacısı doğulub.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, pasiyent Mətanət İsgəndərova dördüncü keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Körpəyə bacısı Aysunun adı qoyulub.

 

Əməliyyatdan sonra körpə ilə ananın vəziyyəti yaxşı olub. Onlara bir neçə gün ərzində zəruri tibbi xidmətlər göstərilərək evə buraxılıblar.

 

Modern.az-ın əməkdaşı ilə həmsöhbət olan Mətanət İsgəndərova növbəti dəfə ana olduğuna görə özünü xoşbəxt hiss etdiyini deyib.

 

“Ailə üzvlərimlə birlikdə qərar verdik ki, bir körpəmiz daha dünyaya gəlsin. Aysu balaca idi, onun arzuları, xəyalları var idi. Təəssüf ki, Aysu bu günləri görə bilmədi, arzuları yarımçıq qaldı. Onun adını bacısına qoyduq. İnanırıq ki, Aysunun adını, onun arzularını bacısı yaşadacaq”, - deyə Mətanət İsgəndərova bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi