Modern.az

“Əhali təhlükə ilə üz-üzədir” – Mütəxəssis həyəcan təbili çaldı

“Əhali təhlükə ilə üz-üzədir” – Mütəxəssis həyəcan təbili çaldı

Aktual

21 Noyabr 2022, 14:08

Havalar soyuduqca mənzillərdə qaz sızmasından ölümlər və faciə ilə nəticələnən partlayış halları yenidən artmağa başlayır. İllərdir ki, bu məsələ gündəmə gətirilsə də, təəssüf ki, indiyədək belə hadisələrin qarşısını almaq mümkün olmayıb. 

 

Oxşar hadisə bu yaxınlarda Xırdalan şəhərində baş verib. Mənzillərdən birində baş vermiş partlayış nəticəsində 3-ü azyaşlı olmaqla 4 nəfər ağır xəsarət alıb. Eləcə də qaz sızması hallarına tez-tez rast gəlmək olar. Xüsusilə də bölgələrdə mənzillərə kustar üsulla hazırlanmış sobaların quraşdırılması bir çox hallarda insan təlafatına gətirib çıxarır. 

 

Bəs, evlərdəki gizli ölümünün qarşısını almaq üçün hansı addımlar atılmalıdır? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov Modern.az- bildirib ki, yaşayış yerlərində partlayış hallarının artmasının əsas səbəblərindən biri qanunlarda boşluqların olmasıdır.

 

“Sovet dönəmində yanğından mühafizə idarəsinin əsgərləri ayda bir dəfə mənzillərə baş çəkib, yoxlamalar aparırdılar. Nazirlər Kabinetinin qərarı çıxdı ki, ildə 1 dəfə mənzillərə baxış keçirilsin. 10-15 ildir ki, binalarda qaz sistemi plomblaşdırılmır. Əhali təhlükə ilə üz-üzədir. Sertfikatı, lisenziyası olmayan ustalar peyda olub. Qaz kəmərlərinin başına oyun açırlar, priborların yerini dəyişirlər. Qaz kəməri yüksək təhlükə mənbəyidir, özbaşına  iş görmək qadağandır. Yaz və payız aylarında borular yerini dəyişə bilir. Yayda isti olması səbəbindən borular uzanır, qışda isə soyuq olması nəticəsində qısalır. Bu kimi məsələlərlə bağlı əvvəllər JEK-lər müəyyən işlər aparırdı. Ancaq indi nə tüstü bacaları, nə də ventilyasiya kanalları təmizlənir. Belə olan zaman zəhərlənmə halları və partlayışların sayı artır”.

 

N.Qasımov qeyd edib ki, bütün mənzillərə detektor quraşdırılmalıdır:

 

“Qaz kvartallarını yoxlayan yoxdur. Əhali yüksək təhlükə mənbəyi ilə qarşı-qarşıyadır. Hamı deyir ki, tüstü bacası təmizlənməlidir, amma bunu təmizləyən özəl şirkətlərdir. İnsanlar kirayə pulu verir, kommunal xərcləri ödəyir, bir də cibindən pul verib binanın tüstü bacasını təmzilətməlidir? Məcbur qalıb o pulu ödəyənlər var. Çünki partlayış və ya zəhərlənmə baş verərsə, milyardlar xərcləsək də insanları həyata geri qaytarmaq mümkün olmur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi