Modern.az

Reklam fotosu Ronaldo və Messiyə milyonlar qazandırdı

Reklam fotosu Ronaldo və Messiyə milyonlar qazandırdı

Aktual

21 Noyabr 2022, 13:52

Futbol tarixinin ən yaxşı oyunçularından olan Kriştiano Ronaldo və Lionel Messinin birgə çəkilmiş fotosu dünyanın gündəminə çevrilib. Əzəli rəqiblərin şahmat masasında bir araya gəlməsi maraqlı müzakirələrə səbəb olub.

 

Modern.az xəbər verir ki, məşhur amerikalı fotoqraf Enni Leybovitsin lentə aldığı fotolar ulduz futbolçulara külli miqdarda vəsait qazandırıb. Sözügedən fotonun ərsəyə gəlməsi üçün ümumilikdə 4,3 milyon dollar xərclənib.

 

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonun instaqramdakı paylaşıma görə 2,4 milyon, Messinin isə 1,7 milyon dollar qazandığı bildirilib. 

 

Foto ilə bağlı bir məqam isə hər kəsi təəccübləndirib. Məlum olub ki, dünya şöhrətli futbolçuların fotoları ayrı-ayrı vaxtlarda çəkilib, sonra montaj edilərək onların bir araya gəlməsi kimi təqdim olunub.

 

Qeyd edək ki, futbolçular "Louis Vuitton" brendinin reklam kampaniyasında iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi