Modern.az

Təcili yardım çağırışa 2 saat sonra gəlib? - TƏBİB-dən CAVAB

Təcili yardım çağırışa 2 saat sonra gəlib? - TƏBİB-dən CAVAB

Aktual

2 Dekabr 2022, 11:15

Xəbər verdiyimiz kimi, noyabrın 30-da Binəqədi rayonu, II Mədən massivində 5 aylıq hamilə, 2002-ci il təvəllüdlü Nəzrin Nəsir qızı Həsənova yaşadığı fərdi evdə qanaxma səbəbindən vəfat edib.

 

Mərhumun yaxınları iddia edirlər ki, təcili yardıma 45 dəfə zəng edilsə də, 2 saatdan sonra çatıb. 

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a  bildirilib ki, briqada çağırışdan 16 dəqiqə sonra hadisə yerində olub.

 

“Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30 noyabr 2022-ci ildə saat 03:55-də çağırış daxil olub. Briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib”, - məlumatda vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi