Modern.az

"YAŞAT" 2 illik hesabat verir

Aktual

8 Dekabr 2022, 11:04

YAŞAT” Fondunun yaradılmasından 2 il ötür.

 

Modern.az xəbər verir ki, bu barədə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransında bildirilib.

 

Tədbir Fondun 2 illik fəaliyyətini nümayiş etdirən video çarxla başlayıb. Ardınca “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edib. Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub. yashat.gov.az rəsmi internet saytından edilən onlayn ianələr zamanı vətəndaşlara təqdim olunan “İanə sertifikatı” haqqında da ətraflı məlumat verilib. Sertifikat Fonda ianə etmiş şəxslərə təşəkkürü simvolizə edir. Vətəndaşlar istədiyi şəxsin adından ianə etməklə həmin sertifikatı hədiyyə də edə bilərlər.

 

Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi