Modern.az

"YAŞAT"ın balansında nə qədər vəsait qalıb?

Aktual

8 Dekabr 2022, 11:15

Ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 230 yaralı olmaqla ümumilikdə 17 670 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 744 şəxsin 35 175 müraciəti icra üçün öhdəliyə götürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransında bildirilib.

 

Bildirilib ki, "YAŞAT" Fondun fəaliyyət istiqamətləri üzrə 71 612 351.53 AZN məbləğində vəsait xərclənib.

 

Qalıq vəsait isə 4 233 967.32 manat təşkil edir.

 

Xərclənən vəsaitdən:

 

- Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: 41 042 300.00 AZN

 

-  Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 1 347 611.19 AZN

 

- İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 6 772 442.30 AZN

 

- Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 22 449 998.04 AZN.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi