Modern.az

Şəhid ailə üzvlərinin təhsilinə xərclənən vəsaitin HƏCMİ 

Şəhid ailə üzvlərinin təhsilinə xərclənən vəsaitin HƏCMİ 

Aktual

8 Dekabr 2022, 11:24

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə "YAŞAT" Fondu tərəfindən xərclənən vəsait 1 347 611.19 AZN təşkil edir.

 

Modern.az xəbər verir ki, bu barədə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransında bildirilib.

 

Bildirilib ki, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 339 və yaralıların 93 müraciəti daxil olmaqla ümumilikdə 432 müraciət təmin edilib:

 

"Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 581.99 AZN vəsait qarşılanıb. Təhsil haqqı üzrə 242 müraciət Fond tərəfindən, 114 müraciət isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi