Modern.az

Türkiyədə müalicə alan qazilərin sayı MƏLUM OLDU

Türkiyədə müalicə alan qazilərin sayı MƏLUM OLDU

Aktual

8 Dekabr 2022, 11:32

"YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə xərclənən vəsait 22 449 998.04 AZN təşkil edir.

 

Modern.az xəbər verir ki, bu barədə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransında bildirilib.

 

Bildirilib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 8 870, itkin ailə üzvlərinin 5 və yaralıların 6 819 müraciəti olmaqla ümumilikdə 15 694 müraciət təmin edilib.

 

Ümumilikdə 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür.

 

Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi