Modern.az

Özbəkistan səfirliyə hücumla bağlı bəyanat yaydı

Özbəkistan səfirliyə hücumla bağlı bəyanat yaydı

Aktual

28 Yanvar 2023, 17:48

Özbəkistanın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda Özbəkistanın Xarici İşlər Nazirliyi yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib.

 

Nazirlik həlak olan vətəndaşın yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb. Bəyanatda bu insidentin dərindən təhqiqatı nəticəsində bütün təqsirkarların məsuliyyətə cəlb olunacağına ümid ifadə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır