Modern.az

GDU-də bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib - FOTOLAR

GDU-də bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib - FOTOLAR

Aktual

18 Aprel 2023, 09:00

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib.

 

Müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və  GDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gerçəkləşib.

 

Universitetdə istedadlı tələbələrin müəyyənləşdirilməsi üçün münsiflər heyəti - Azərbaycan Dövlət Musiqili, Komediya Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycanın Xalq artisti Təranə Muradova,  Xalq artisti Gülyaz Məmmədova və Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən Arslan Növrəsli Gəncə Dövlət Universitetində olublar.

 

Konsert proqramında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

 

Universitetin ptorektoru Şahin Xurşudov və rektorun baş müşaviri Asif Cavadov ali təhsil ocağının rəhbərliyi adından qonaqları salamlayaraq müsabiqə festivalının əhəmiyyətindən danışıblar. Bildirilib ki, tədbirin məqsədi incəsənət və mədəniyyət sahəsi üzrə istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişafına dəstək olmaqdır.

 

GDU-nun ,,Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva tərəfindən hazırlanan zəngin konsert proqramında tələbələr incəsənətin müxtəlif janrlarında xüsusi istedadlarını nümayiş etdiriblər.

 

Müsabiqədə gənclərin fərdi və xor ifaları, rəqs, bədii qiraət və aşıq havalarını ifaetmə bacarıqları maraqla qarşılanıb.

 

Münsiflər heyətinin sədri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və şair Baba Vəziroğlu tələbələrin təqdim etdiyi çıxışları yüksək qiymətləndirib, gənclərin bir neçəsinin professional səviyyədə çıxış etdiklərini qeyd ediblər.

 

Münsiflər heyətinin nümayəndələri tələbələrə  tövsiyələr verərək, gələcəkdə uğurlar arzulayıblar.

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Rüstəm Məmmədov və münsiflər heyəti yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

 

Yaradıcılıq festivalında istedadı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak etmək hüququ qazanıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var