Modern.az

Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihə təqdim olundu - FOTO

Muğam Mərkəzində

Aktual

24 Noyabr 2023, 09:54

Beynəlxalq Muğam Mərkəzində "YAŞADAQ. Ümid qanadları" adlı layihənin təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, layihə ölkəmizdə qız uşaqlarına ögey münasibətə, selektiv abortlara həsr olunub.

 

Layihənin müəllifləri Mədəniyyət xadimi, dizayner, yazıçı Səbinə Zülalova və peşəkar biznes məşqçi, kələğayı kolleksiyaçısı Zümrüd Rüstəmovadır.

Tədbirdə mədəniyyət adamları, Milli Məclisin üzvləri və yazıçılar iştirak ediblər.

 

İştirakçılara fotosərgi ilə yanaşı sözügedən mövzuya həsr olunmuş video təqdim olunub. 

 

Videoda milli kələğayı qızların simvolu seçilib, qız uşaqlarının həm də milli kimliyimizin daşıyıcısı olduğu fikri önə çəkilib.






























Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi