Modern.az

Deputatlar Fransaya, Ərdoğan Macarıstana, peyvəndlər Azərbaycana... - Modern.az-ın icmalı

Deputatlar Fransaya, Ərdoğan Macarıstana, peyvəndlər Azərbaycana... - Modern.az-ın icmalı

Aktual

29 Noyabr 2023, 10:44

Dünən BQXK-nin Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə baş çəkməsi, eləcə də Azərbaycanda həbsdə olan separatçılarla görüşməsi günün diqqətçəkən hadisələrindən idi. Qızılcaya yoluxma da davam etməkdədir. Ermənistan parlamentinin spikeri tərəfindən sülh müqaviləsi, Azərbaycanın ərazi bütövlüyü və azərbaycanlılarla ermənilərin yanaşı yaşaması barədə fikirləri maraq doğurub. Ukrayna hərbi kəşfiyyatının bir neçə əməkdaşının və qurumun rəhbəri Kirill Budanovun həyat yoldaşının ağır metallarla zəhərlənməsi hadisəsi dünyada günün şoku oldu. Türkiyə XİN başçısı Hakan Fidanın Brüsseldə keçirdiyi görüşlər, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Türkiyədəki müzakirələri də ötən gün baş vermişdi.

 

Modern.az 28 noyabr tarixini əhatə edən icmalını təqdim edir:

 

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib. Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq. Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir.

 

"İndi Ermənistandakı və diasporadakı ermənilərin sırf Ermənistan istehsalı olan malları almaları son dərəcə vacibdir". Bunu Ermənistan baş naziri aparatının rəhbəri Arayik Arutyunyan deyib: "Kənd təsərrüfatı məhsulları, içkilər, erməni şirkətləri tərəfindən göstərilən xidmətlərdən söhbət gedir. Biznes və vergi ödəyicilərinin bu cür dəstəyi müstəqilliyi və suverenliyi gücləndirmək üçün həyati davranışdır. Əgər erməni biznesi xaricdə yaşayan soydaşlarımızın bayram və qeyri-bayram süfrələrində yeni bazarlar tapsa, hansısa Larsın bağlanması (hazırda Ermənistanla Rusiyanı birləşdirən yeganə yol olan Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars yolu nəzərdə tutulur - red.) bizə təsir etməyəcək. Yeni il və Milad süfrələrində yalnız erməni tərəvəzləri, meyvələri, şərabları, konyakları və digər kənd təsərrüfatı məhsulları olmalıdır".

 

“Təəssüf ki, iqlim dəyişmələri ilə bağlı son zamanlar inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrin iqtisadiyyatı böyük itkilərlə qarşılaşır”. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən dəyirmi masada deyib. O bildirib ki, alimlərin proqnozuna görə, yaxın gələcəkdə təbii fəlakətlərin sayı bütün dünyada çoxalacaq: “Təbii ki, iqlimin istiləşməsi, eyni zamanda, buzlaqların əriməsi və okean səviyyəsinin artması nəticəsində atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər bütün bəşəriyyət üçün böyük çağırışa çevrilib”. Umayra Tağıyeva qeyd edib ki, son zamanlar iqlim dəyişmələri səbəbi ilə bütün ölkələr təbii fəlakətlərin intensivliyi və təkrarlanması ilə problemlər yaşayır: "Noyabr ayında qonşu ölkələrdə müşahidə olunan proseslər də bu problemin nə qədər böyük olduğundan xəbər verir". Nazir müavini əlavə edib ki, 2 gündən sonra ilin ən önəmli beynəlxalq tədbirlərindən biri keçiriləcək: "Azərbaycan konfransda böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Burada iqlim dəyişmələrinə milli uyğunlaşma planı çərçivəsində ölkədə görülən işlər haqqında ətraflı məlumatlar veriləcək".

 

Ermənistanda ölkənin ən yaşlı sakini 104 yaşında dünyasını dəyişib. Noyabrın 26-da axşam saatlarında mərhum Arjo Çilingaryanın cəsədi Berd morquna çatdırılıb. Yaşlı qadın evdə, ailəsinin əhatəsində dünyasını dəyişib. 104 yaşlı Arjo Çilinqaryan Tavuş rayonunun İtsakar kəndində yaşayırdı. “O, 1919-cu ildə anadan olub. Hansı gündə doğulduğu bilinmirdi. Yeddi övladı var” - kəndin inzibati rəhbəri Artur Aydınyan deyib.

 

Ermənistan prezidenti Vahaqn Xaçaturyan özünü buraxmış qondarma rejimin "dövlət strukturları" barədə danışıb. Xaçaturyan ləğv olunmuş separatizmi yenidən dirçəltmək istəyənləri məyus edib. "Qarabağın dövlət strukturları"nın fəaliyyəti nəyə lazımdır? Ermənistan Respublikası var və onun bütün dövlət institutları fəaliyyət göstərir", - deyə o qeyd edib. Xatırladaq ki, 19-20 sentyabr tarixlərini əhatə edən antiterror tədbirlərindən sonra həmin ayın 28-də separatçıların "sabiq prezidenti" Samvel Şahramanyan bütün "dövlət qurumlarının" 1 yanvar 2024-cü ilədək özünü buraxması barədə qərara imza atıb.

 

Noyabrda ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçilərinə yenidən baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. O qeyd edib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. "Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir",- deyə məlumatda bildirilir. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları noyabrda ayında Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə baş çəkiblər. Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradılıb. "Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir",-deyə məlumatda deyilir.

 

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşı zəhərlənib. Marianna Budanova xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, ağır metallarla zəhərlənib. Səhhəti pisləşdikdən sonra xəstəxanaya aparılıb. Bildirilib ki, hazırda müalicə kursu tamamlanır, həkimlər tərəfindən sonrakı izləmələr davam edir. "Bu maddələr gündəlik həyatda və ya hərbi işlərdə heç bir şəkildə istifadə edilmir. Onların olması konkret bir şəxsi zəhərləmək üçün qəsdən cəhdi göstərir". Qeyd olunub ki, hərbi kəşfiyyatın daha bir neçə əməkdaşının ağır metaldan zəhərlənmə faktı təsdiqlənib. Lakin Budanovun həyat yoldaşının çəkisi az olduğu üçün onda təsir daha aydın görünüb. "Budanovun həyat yoldaşı balaca və arıq olduğundan, bu, onda özünü daha tez büruzə verdi. Bir neçə başqa işçidə də zəhərlənmə faktı təsdiqlənib. Onlar bir az iridirlər, özlərində heç nə hiss etməyiblər, indi onlar da müalicə olunurlar. Çox güman ki, onlar qida ilə zəhərlənib”, - mənbə əlavə edib.

 

Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişlikliyin edilməsi təklif olunur. Bu, “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik layihəsində öz əksini tapıb. Qanun layihəsində edilən dəyişikliyə görə, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

 

İran prezidenti İbrahim Rəisinin Türkiyəyə planlaşdırılan səfəri baş tutmayıb. Bu barədə "Frans Press" Agentliyi (AFP) məlumat yayıb. Səfərin təxirə salındığı və ya ləğv olunduğu bəlli deyil. Səfərin baş tutmamasının səbəbi də hələlik bilinmir. Qeyd edək ki, Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bundan telefon danışığı aparıb. Tərəflər Qəzza məsələsini müzakirə ediblər.

 

2023-2024-cü tədris ilində peşə təhsili alan qadınların sayı 6 931 nəfər təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə 10% artım deməkdir. Bu göstəricidə artım olsa da, hədəflənən rəqəmdən azdır. Ən çox tələb olunan ixtisas, həmişə olduğu kimi, aşpazlıq üzrə olub. "Əmək bazarının araşdırılması ilə bağlı məlumatlar istədiyimiz kimi deyil. Hələ də təkliflər veririk. Eləcə də aidiyyəti dövlət qurumlarından gələcək 5-10 il üçün hansı sahələrdə fəaliyyət aktivliyi olacağı ilə bağlı məlumat istəyirik. Məzunların əmək bazarında uğurları ilə bağlı ölçmələr aparılacaq. Hələ də peşə təhsili müəssisələrində çalışan kadrlara lazımi qədər əməkhaqqı verə bilmirik. Bundan başqa, aşpaz ixtisası üzrə 30-dan çox vakansiya yerinin 17-nə hələ də layiqli namizəd tapa bilməmişik".

 

Ermənistanda 44 günlük müharibədə fərariliyə görə 3 hərbçi həbs edilib. Bunu ölkənin İstintaq Komitəsinin mətbuat xidməti açıqlayıb. Bildirilib ki, bunlar batalyon komandirinin müavini mayor A.S., tağım komandirləri, leytenantlar V.T. və fərdi öhdəliklərini yerinə yetirməkdən imtina edən R.G.-dir. Hazırda araşdırmalar davam etdirilir.

 

Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi artırılır. Hərbçilərə qulluq stajına görə əmək pensiyasına əlavələrin verilmə qaydasında dəyişiklir edilir. Zabit artıq 5 il deyil, vəzifələrində 10 illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla biləcək. Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi kişi hərbi qulluqçularla bərabərləşdirilir.

 

Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Mərkəzi Seçki Komissiyasının üzvlərinin əmək pensiyasına əlavələrin hesablanma qaydası müəyyən olunub.

 

"İradə olarsa, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər. Söyləyə bilərik ki, biz demək olar, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün təfərrüatları açıqlamaq istəmirəm", - erməni spiker bildirib. "Bu nə deməkdir? Məsələ həll olundu? Məsələnin həlli və ya həll olunmamış mahiyyəti nədir? Ermənistan Respublikasının indi belə bir məsələsi yoxdur. Ermənistan Respublikası Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə müdafiə edir. Biz bunu çox demişik. Son il yarım ərzində dəfələrlə”. "Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar bir-birinin yanında yaşamalı olacaqlar".

 

Ermənistan Koreyada səfirlik açacaq.

 

Bərdə, Tərtər və Ağdam rayonlarının qaz təchizatında fasilə yaranacaq.

 

 Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Orta və yaşlı əhali qızılcaya qarşı peyvənd olunacaq.

 

Avropa Parlamenti və Ukrayna Ali Radası anlaşma memorandumu imzalayıb. Memorandum Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun Brüsselə səfəri çərçivəsində imzalanıb. O, səfərini belə şərh edib: "Əsas məqsəd Ukraynanın Avropaya inteqrasiyası və üzvlük danışıqlarının başlanması ilə bağlı mühüm qərarların irəli sürülməsi üçün səyləri səfərbər etməkdir". O qeyd edib ki, anlaşma memorandumu vacib sənəddir. Avropa Parlamenti həmçinin memorandumun imzalanmasını çoxölçülü tərəfdaşlığın möhkəmləndirilməsində mühüm addım və Ukrayna siyasi institutlarının Aİ-yə inteqrasiyasına hazırlanmasında mühüm element”adlandırıb.

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində Alyansın baş katibi Yens Stoltenberqlə görüşüb. Hakan Fidan həmçinin Estoniya XİN başçısı Marqus Tsahkna və ABŞ Dövlət katibi Antoni Blinkenlə də görüşüb: "Türkiyənin xarici işlər naziri Fidan ilə Qəzzaya humanitar yardımın davam etdirilməsinin zəruriliyi və girovların yenə azad edilməsi üçün səylər barədə danışdıq. Biz NATO müttəfiqləri olaraq ABŞ və Türkiyə arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyətini və İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasını müzakirə etdik".

 

Argentinanın yeni prezidenti Xavyer Miley yəhudiliyi qəbul etməyi düşünür. Qeyd edək ki, Mileyin Argentinanın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırdığı da məlumdur. Ultra-sağçı prezidenti ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp və Braziliyanın keçmiş lideri Jair Bolsunaro ilə müqayisə edirlər.

 

Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin ofisi açılıb.

 

Ukrayna, habelə Baltikyanı ölkələr olan Latviya, Litva və Estoniya ATƏT XİN başçılarının toplantısını boykot edəcək. Buna səbəb Rusiya xarici işlər naziri Sergey Lavrovun toplantıya dəvət olunmasıdır. Qeyd edək ki, Rusiya noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasına dəvət olunub. Şuranın toplantısı Skopye şəhərində baş tutacaq. İllik iclas ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin dəvəti ilə baş tutacaq.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antoniu Quttereşlə telefon danışığı aparıb. Telefon danışığı zamanı Yaxın Şərqdəki durum müzakirə olunub. Ərdoğan bu ilin dekabr ayında Macarıstana səfər edəcək.

 

Qarabağdakı qondarma rejimin sabiq "müdafiə naziri" general-leytenant Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib.

 

Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb. Görüş zamanı Cənubi Qafqazda sabitlik və əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycanlı diplomatların 350 min dolları oğurlanıb.

 

Gəncə və Lənkəran məktəblərində müşahidə kameraları quraşdırılacaq.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Rafael Hüseynov, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları, Sosial məsələlər və davamlı inkişaf, Mədəniyyət, təhsil və elm komitələrinin 30 noyabr - 14 dekabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər.

 

Şagirdi döydüyü deyilən idarə müdiri işdən çıxıbÇox yorulmuşam...

 

Bu il 10 universitet akkreditasiyadan keçib. Peşə təhsil müəssisələrinin akkreditasiyası aparılacaq. Müəllimlər sertifikasiyaya nə vaxt cəlb olunacaq?

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı materiallara da nəzər salmaq olar:

 

Azərbaycanda 1941-1945-ci il müharibəsinin neçə iştirakçısı qalıb?

Azərbaycanda çoxuşaqlı ailədən neçə uşağa müavinət verilir? - STATİSTİKA

Antiterror şəhidlərinin bank borcları tam şəkildə silinib - AÇIQLAMA

Rusiya Ukraynanın bu şəhərini ələ keçirmək istəyir - Hücuma hazırlıq gedir...

Xankəndi İnstitutunun keçmiş müəllimi: “Qarabağ Universitetində həvəslə işləyərəm”

Ziya Məmmədovun eks-deputat qardaşına yeni vəzifə verildi

Azərbaycanda gələn il minimum əməkhaqqı artırılacaq?

“Əjdaha ili” bürclərə nələr vəd edir? - 2024-cü ilin astroloji PROQNOZU

Əli İnsanov Zəlimxan Məmmədlini partiyasından çıxardı - VİDEO

Onları Allaha həvalə edirəm - Çingiz Abdullayev

Türkiyədə unikal əməliyyat: idmançının ürəyi kəlbəcərli gəncə köçürüldü - VİDEO

Avtobusların bu yolla hərəkətinə icazə verildi - FOTOLAR

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi