Modern.az

Aşqabadda SOCAR ofisi açıldı

Aşqabadda SOCAR ofisi açıldı

28 Noyabr 2023, 17:26

Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin ofisi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

 

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - deyə M.Cabbarov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi