Modern.az

Azərbaycanda gələn il minimum əməkhaqqı artırılacaq?

Azərbaycanda gələn il minimum əməkhaqqı artırılacaq?

İqtisadiyyat

28 Noyabr 2023, 17:32

2023-cü ilin yanvarından etibarən Azərbaycanda minimum əməkhaqqı 345 manat olub. Parlamentdə keçirilən büdcə müzakirələri zamanı minimum əməkhaqqının gələn il dəyişməyəcəyi proqnozlaşdırılıb. Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində qeyd olunub ki, minimum əməkhaqqı dəyişməyəcək.

 

Ancaq minimum əməkhaqqının artırılması prezidentin sərəncamı ilə müəyyən edildiyi üçün bəzi ekspertlər 345 manatın artırıla biləcəyini düşünür. Bunun isə əsasən minimum pensiyanın artırılması, inflyasiya ilə əlaqəli olduğu deyilir.

 

Gələn il minimum əməkhaqqı artırıla bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycan dövlət büdcəsinin sosialyönümlü olduğunu vurğulayıb:

 

“Hər il xərclərin tərkibində sosial sahəyə ayrılan vəsaitlər prioritetlilik təşkil edir. 2024-ci ilin büdcəsi də sosial xərclər baxımından əhəmiyyətli maliyyə sənədidir. Gələn il büdcədə sosialyönlümlü xərclərin çəkisi 47 faizə yaxın olacaq. Eləcə də büdcədə sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542 milyon manat olacaq. Bu da 2023-cü illə müqayisədə 5,2 faiz çoxdur. Eləcə də Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi 6 milyard 919,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % və ya 690 milyon manat çoxdur. Bu isə o deməkdir ki, sosial təminatla bağlı xərclərin məbləği təxminən 700 milyon manat artırılacaq ki, bu da bir çox sosial sahələrdə əlavə artımların maliyyə təminatı üçün əsas mənbə olacaq.Pensiya, təqaüd və müavinətlərin, ünvanlı sosial yardımların, digər sosial xarakterli ödənişlərin 10 faiz artacağı gözlənilir”.

Deputat bildirib ki, növbəti ildə minimum əməkhaqqının artırılması inflyasiyanın səviyyəsindən asılı olaraq müəyyənləşə bilər:

 

“İnflyasiya artdığı halda həmin xərclərin artması da istisna deyil. Ancaq 2024-cü ildə inflyasiyanın birrəqəmli həddə düşməsi sosial və əmək haqqı xərclərində ciddi artımlara ehtiyac yaratmayacaq. Minimum əməkhaqqı son 4 ildə 4 dəfə artırlaraq 130 manatdan 345 manata qaldırılıb. Bu artımlar yüz minlərlə insanın maaşlarının artımına səbəb olub. Eləcə də yaşayış minimumunun və ehtiyac meyarının həddi də artırılıb, gələn il qiymət sabitliyi şəraitində sosial sahədə də stabilliyin qorunacağı proqnozlaşdırılır. Bu baxımdan minimum əməkhaqqının 345 manat nisbətində qalacağı gözlənilir. Ancaq bununla yanaşı, əmək pensiyaları, bütün növ pensiyalar, bir sıra sahələrdə təqaüd və müavinətlərin artırılması gözlənilir”.

 

A.Hüseynov Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşların sosial rifahının yaxşılaşdırılmasının, layiqli və keyfiyyətli həyat şəraitinin təmin edilməsinin dayandağını söyləyib:

 

“Son 4 ildə qəbul olunaraq icra edilən sosial paketlər çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edən mühüm sosial artımlar baş verib. Həmçinin, bu illər ərzində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri artırılıb. Bu sosial siyasətə əsasən, növbəti ildə də pensiya və təqaüdlərin, ünvanlı sosial yardımların və s. sosial müavinətlərin artırlması nəzərdə tutulur. 2024-cü ildə “Sosial müavinətlər haqqında” qanuna edilən dəyişikliyə əsasən, bir sıra müavinətlər təsis edilməklə onların da maliyyələşməsi təmin ediləcək. Belə ki,himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər təsis edilib ki, bu müavinətlər üçün də vəsaitlər ödəniləcək”.

Milli Məclisin İqtisaadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər bir üzvü Vahid Əhmədov isə minimum əməkhaqqının kifayət qədər artırıldığını deyib:

 

“Minimum əməkhaqqı 2023-cü ilin 1 yanvarından 300 manatdan 345 manata qaldırılıb. Bu, artım bütün dövlət qulluqçularına, eləcə də xırda işlərdə çalışan dövlət qulluqçusu olmayan şəxslərə də şamil edilib. 2024-cü ilin büdcəsində hələlik artım nəzərdə tutulmur. Çünki 2023-cü ildə kifayət qədər artım etmişik”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi