Modern.az

Hərbçilər mülki təhsil müəssisələrində oxuya biləcəklər - Dəyişiklik

Hərbçilər mülki təhsil müəssisələrində oxuya biləcəklər - Dəyişiklik

Təhsil

28 Noyabr 2023, 12:43

Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişlikliyin edilməsi təklif olunur.

 

Modern.az xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik layihəsində öz əksini tapıb.

 

Qanun layihəsində edilən dəyişikliyə görə, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu