Modern.az

Zəhərlənən təkcə Budanovun yoldaşı deyilmiş - YENİ TƏFƏRRÜATLAR

Zəhərlənən təkcə Budanovun yoldaşı deyilmiş - YENİ TƏFƏRRÜATLAR

28 Noyabr 2023, 13:58

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşının zəhərlənməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

 

Modern.az xəbər verir ki, “Ukrayinska Pravda” öz mənbələrinə istinadən bu barədə yazıb.

 

Qeyd olunub ki, hərbi kəşfiyyatın daha bir neçə əməkdaşının ağır metaldan zəhərlənmə faktı təsdiqlənib. Lakin Budanovun həyat yoldaşının çəkisi az olduğu üçün onda təsir daha aydın görünüb.

 

"Budanovun həyat yoldaşı balaca və arıq olduğundan, bu, onda özünü daha tez büruzə verdi. Bir neçə başqa işçidə də zəhərlənmə faktı təsdiqlənib. Onlar bir az iridirlər, özlərində heç nə hiss etməyiblər, indi onlar da müalicə olunurlar”, - mənbə nəşrə bildirib.

 

“Çox güman ki, onlar qida ilə zəhərlənib”, - mənbə əlavə edib.

Bu xəbər ilə bağlı
Ukraynanın hərbi kəşfiyyat rəhbərinin həyat yoldaşı zəhərlənib - DETALLAR
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi