Modern.az

Şagirdi döydüyü deyilən idarə rəisi danışdı - Çox yorulmuşam...

Şagirdi döydüyü deyilən idarə rəisi danışdı - Çox yorulmuşam...

28 Noyabr 2023, 12:02

Xəbər verdiyimiz kimi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb. Bir müddət əvvəl onun 9-cu sinif şagirdini döydüyü ilə bağlı informasiya yayılıb. Hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb.

 

Modern.az xəbər verir ki, Rüfət Hacıyev işdən çıxamasından danışıb.

 

"Ölkəmizdə son onillikdə həyata keçirilən təhsil islahatlarının həyata keçirilməsi prosesində daim nazirliyimizin və siz əziz həmkarlarımın dəstəyi üzərimdə olub. Bu illər ərzində daim nazirliyimizin prinsiplərinə uyğun addım atmışam. Bütün qazandığımız uğurlar və region təhsilində həyata keçirilmiş inkişaf yönümlü tədbirlər məhz sizlərin iradəsi və dəstəyi sayəsində mümkün olub. Bu, uzun və şərəfli yolda məhz sizlərlə birgə addımlamışam və sizlərin ictimai rəyi mənə stimul verib", - Rüfət Hacıyev qeyd edib.

 

O, özü işdən çıxdığını və fərd olaraq çox yorulduğunu bildirib:

 

"Bütün bunlara rəğmən mən bir fərd olaraq çox yorulmuşam və estafeti digərlərinə ötürməyin vaxtının çatdığını düşünürəm. Bu gün vəzifəmdən ayrılıram, lakin bütün vücudumla sizlərlə birgə nazirliyimizin təhsil siyasətini dəstəkləməkdə davam edəcəyəm", - keçmiş idarə rəisi deyib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı