Modern.az

Aİ və Ukrayna qanunverici orqanları memorandum imzaladı

Aİ və Ukrayna qanunverici orqanları memorandum imzaladı

28 Noyabr 2023, 15:56

Avropa Parlamenti və Ukrayna Ali Radası anlaşma memorandumu imzalayıb.


 
Modern.az xəbər verir ki, memorandum Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun Brüsselə səfəri çərçivəsində imzalanıb.

 

O, səfərini belə şərh edib: "Əsas məqsəd Ukraynanın Avropaya inteqrasiyası və üzvlük danışıqlarının başlanması ilə bağlı mühüm qərarların irəli sürülməsi üçün səyləri səfərbər etməkdir".

 

O qeyd edib ki, anlaşma memorandumu vacib sənəddir.

 

Avropa Parlamenti həmçinin memorandumun imzalanmasını çoxölçülü tərəfdaşlığın möhkəmləndirilməsində mühüm addım və Ukrayna siyasi institutlarının Aİ-yə inteqrasiyasına hazırlanmasında mühüm element”adlandırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi