Modern.az

Erməni spiker sülh müqaviləsindən danışdı: 15 günə...

Erməni spiker sülh müqaviləsindən danışdı: 15 günə...

28 Noyabr 2023, 14:10

"Ermənistan Avrasiya İqtisadi İttifaqının orqanlarına sədrlik edir və dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan sammitdə iştirak edəcəyi gözlənilir".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.

 

"Paşinyanın gedib-getməyəcəyini bilmirəm, hələ qərar verilməyib, amma mənim şəxsi fikrimcə, Ermənistan bu sammitdə iştirak etməlidir", - o əlavə edib.

 

"İradə olarsa, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər. Söyləyə bilərik ki, biz demək olar, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün təfərrüatları açıqlamaq istəmirəm", - spiker bildirib.

 

Qeyd edək ki, dünən ABŞ Dövlət katibi Antoni Blinken ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Müzakirə olunan mövzular arasında sülh prosesi də olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR