Modern.az

Ukrayna və Baltikyanı ölkələr ATƏT-in toplantısını boykot edəcək

Ukrayna və Baltikyanı ölkələr ATƏT-in toplantısını boykot edəcək

Dünya

28 Noyabr 2023, 17:45

Ukrayna, habelə Baltikyanı ölkələr olan Latviya, Litva və Estoniya ATƏT XİN başçılarının toplantısını boykot edəcək.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rusiya xarici işlər naziri Sergey Lavrovun toplantıya dəvət olunmasıdır.

 

Qeyd edək ki, Rusiya noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasına dəvət olunub. Şuranın toplantısı Skopye şəhərində baş tutacaq. İllik iclas ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin dəvəti ilə baş tutacaq.

 

Aİ-nin Xarici Siyasət İdarəsindən Lavrovun Şimali Makedoniyaya səfər edərək tədbirdə iştirakının sanksiya rejimini pozmayacağı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi