Modern.az

MAXE, gizir və miçmanlar üçün xidmətdə olmağın son yaş həddi ARTIRILIR

MAXE, gizir və miçmanlar üçün xidmətdə olmağın son yaş həddi ARTIRILIR

Ölkə

28 Noyabr 2023, 13:36

Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi artırılır.

 

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisə daxil olan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, yaş hədləri aşağıdakı kimidir:

 

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5yaş;

 

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 48 yaş;

 

Qüvvədə olan qanuna əsasən, 13. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər:

 

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi