Modern.az

ABŞ-dan Putinə təbrik zəngləri olmayacaq! - Dövlət Departamenti

ABŞ-dan Putinə təbrik zəngləri olmayacaq! - Dövlət Departamenti

Aktual

19 Mart 2024, 11:52

ABŞ Dövlət Departamenti Rusiyada dünən başa çatan seçki hadisəsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Rusiyadakı seçkiləri belə təsvir edib:

“Bu, inanılmaz dərəcədə qeyri-demokratik proses idi”.


“Amerika Birləşmiş Ştatlarından Putinə təbrik zənglərinin olmayacağını əminliklə söyləmək olar”, - Patel bildirib.

Qərb hökumətləri Rusiyada keçirilən prezident seçkisini ədalətsiz və qeyri-demokratik adlandırıb. Hindistan, Çin və Şimali Koreya Kreml liderini hakimiyyətinin daha 6 il uzadılması münasibətilə təbrik ediblər.


Vladmir Putin 87 faiz səs toplamaqla yenidən Rusiya prezidenti seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir