Modern.az

1600 manatlıq boyunbağı oğurladı

1600 manatlıq boyunbağı oğurladı

Aktual

27 Aprel 2024, 14:21

Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.

 

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb.

 

Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

 

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvan qarışdı: Xocalı qatili ölkədən qaçdı