Modern.az

Paşinyan NATO baş katibi ilə İrəvan-Bakı danışıqlarını MÜZAKİRƏ ETDİ

Paşinyan NATO baş katibi ilə İrəvan-Bakı danışıqlarını MÜZAKİRƏ ETDİ

Aktual

19 Mart 2024, 13:00

Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq regional tur çərçivəsində bu gün Ermənistanın paytaxtına gəlib.

Modern.az xəbər verir ki, Yens Stoltenberq İrəvanda baş nazir Paşinyanla görüşüb. Təkbətək görüş tərəflər zamanı İrəvan və Bakı arasında münasibətləri müzakirə ediblər.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsi mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

Onlar həmçinin Ermənistan-NATO qarşılıqlı fəaliyyəti məsələlərini nəzərdən keçirib, regional problemlər barədə danışıblar.

Bundan sonra tərəflər geniş tərkibdə görüşü davam etdiriblər.

Bundan əvvəl Stoltenberq Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra bildirib ki, uzun illərdən sonra İrəvanla Bakı arasında sabit və davamlı sülh əldə etmək şansı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir