Modern.az

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - YENİLƏNİB

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - YENİLƏNİB

Aktual

29 Mart 2024, 16:30

"BakuBus" MMC xəttə daha bir elektrik mühərrikli avtobus buraxıb.

 

Modern.az şirkətə istinadən xəbər verir ki, yeni avtobus 5 nömrəli marşrut xəttində hərəkət edir.

 

Uzunluğu 24,4 km olan marşrut xətti 20-ci sahə-Nərimanov istiqamətində fəaliyyət göstərir.

 

Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin "ZhongTong Bus" şirkətindən test məqsədilə alınan avtobus 12 metrlikdir, 34 nəfər sərnişin oturacağına, 80 nəfər ümumi sərnişin tutumuna malikdir.

 

Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir. Test müddətində elektrik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq. Testin nəticələrinə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək.

 

***

12:48

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib.

 

Modern.az "oxu.az"a istinadən xəbər verir ki, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb.

 

Qeyd edək ki, sərnişin avtobusu Çinin “Zhongtong” şirkətinin istehsalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir