Modern.az

Axırıncı dəfə 60 il əvvəl maşın sürmüşəm - Ramiz Mehdiyev

Axırıncı dəfə 60 il əvvəl maşın sürmüşəm - Ramiz Mehdiyev

Aktual

29 Mart 2024, 13:26

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyi bildirilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd olunub.

 

Modern.az xəbər verir ki, Ramiz Mehdiyev "Manset.az"a açıqlamasında xəbəri təkzib edib.

 

“Mənim məhkəməyə verilməyimlə bağlı xəbəri sizdən eşidirəm. Bu barədə mənə xəbərdarlıq edilməyib. Ümumiyyətlə, mən maşın sürmürəm. Axırıncı dəfə 60 il bundan əvvəl maşın sürmüşəm. Heç bir yerdə də cərimə edilməmişəm. Bunlar başdan-ayağa uydurmadır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir