Modern.az

Əli Kərimlinin partiyası maliyyə hesabatını gecikdirdi

Əli Kərimlinin partiyası maliyyə hesabatını gecikdirdi

Aktual

1 Aprel 2024, 15:25

Xəbər verdiyimiz kimi, Azərbaycanda 2023-cü ildə qeydiyyata alınan 26 siyasi partiyadan 25-i maliyyə hesabatı verib.
 

Modern.az-ın məlumatına görə, Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) maliyyə hesabatı təqdim etməyib.

 

Modern.az bunun səbəbini öyrənmək üçün Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əlaqə saxlayıb.

 

AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov saytımıza açıqlamasında hesabatla bağlı gecikmənin olduğunu təsdiqləyib.

 

"Obyektiv səbəblərdən maliyyə hesabatında gecikmə oldu. Bu gün təqdim olunacaq",- o deyib.

 

O, maliyyə hesabatında heç bir məlumatın olmadığını vurğulayıb: "İlboyu nə daxilomalar olur, nə də üzvlük haqqı yığılır".

 

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!