Modern.az

Ermənistan parlamenti Azərbaycanla bağlı məsələni qapalı iclasa ÇIXARDI

Ermənistan parlamenti Azərbaycanla bağlı məsələni qapalı iclasa ÇIXARDI

9 Aprel 2024, 16:40

Aöprelin 9-da Ermənistan parlamentində Azərbaycanla şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı təcili qapalı iclas keçirilir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim “Mülki Müqavilə” fraksiyası məsələnin dövlət sirlərini ehtiva edən bir çox nüanslarını nəzərə alaraq, müzakirənin bağlı qapılar arxasında keçirilməsini təklif edib.

“Məsələnin ictimai müzakirəsinin Ermənistan Respublikasının dövlət təhlükəsizliyi baxımından müəyyən risklər yarada biləcəyi bir çox nüansları olduğunu nəzərə alaraq, biz görüşün bağlı qapılar arxasında keçirilməsinə səs verəcəyik”, - deyə “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan iclasdan əvvəl bildirib.

“Hayastan” fraksiyasının katibi Artsvik Minasyan isə qeyd edib ki, bu məsələ ictimai maraq kəsb edir, ona görə də onlar görüşün qapalı keçirilməsinin əleyhinədirlər.

“Məsələnin mahiyyəti ictimai maraq doğurur. Ona görə də biz açıq səsvermənin keçirilməsinin tərəfdarıyıq və təbii ki, səsvermə olarsa, bu qərarın əleyhinə səs verəcəyik”, - Minasyan qeyd edib.

İclasın qapalı keçirilməsi ilə bağlı qərar səsə qoyulub, 57 deputat lehinə, 28 deputat isə əleyhinə səs verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!