Modern.az

Oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Aktual

9 Aprel 2024, 16:44

Paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

 

Araşdırmalar nəticəsində hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyənləşdirilib. A.Rəhimov və R.Babayevin digər talama cinayətlərində iştirak edib-etmədiklərinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!