Modern.az

Tbilisidə etiraz aksiyası - Rusiyaya görə...

Tbilisidə etiraz aksiyası - Rusiyaya görə...

Aktual

13 Aprel 2024, 15:26

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Tbilisidəki qərargahı qarşısında etiraz aksiyası keçirilir.

 

Modern.az xəbər verir ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Mühafizəkarlar Hərəkatı/Alt-İnfo partiyasının minlərlə üzvü və tərəfdarı Gürcüstanın Milli Dövlət Reyestr Agentliyinin partiyanın qeydiyyatını ləğv etmək qərarına etiraz edirlər.

 

Xatırladaq ki, daha əvvəl Agentlik bu qərarı partiyanın qurultayında qəbul olunmuş nizamnamənin dövlət reyestrinə təqdim edilməməsi ilə izah edib.

 

Hazırda nümayişin keçirildiyi əraziyə polis qüvvələri səfərbər edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!