Modern.az

Azad edilmiş ərazilərə köçürüləcək fermerlər üçün təlim - FOTO

Azad edilmiş ərazilərə köçürüləcək fermerlər üçün təlim - FOTO

Aktual

16 Aprel 2024, 16:16

İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək 4500 nəfərdən çox fermerə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirilir.

 

Bu barədə Modern.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

 

Qeyd edilib ki, ANAMA və Beynəlxalq Avrasiya Mətbuat Fondunun müvafiq əməkdaşları tərəfindən keçirilən təlimlər Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən Yevlax rayonu, Sumqayıt və Gəncə şəhərlərində aparılır.

 

Təlimlərdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilir. Həmçinin, fermerlərə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilir, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa dair təlimatlar verilir.

 

İşğaldan azad edilmiş ərazilərə səfər edən, bərpa və quruculuq işlərinə cəlb olunan, həmçinin sahibkarlıqla məşğul olan hər bir şəxs, mütləq şəkildə xüsusi davranış və təhlükəsizlik qaydalarına əməl etməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!