Modern.az

Azərbaycan səfiri ukraynalı nazir müavini ilə görüşdü

Azərbaycan səfiri ukraynalı nazir müavini ilə görüşdü

Aktual

16 Aprel 2024, 20:23

Aprelin 16-da Ukrayna xarici işlər nazirinin müavini İrina Borovets Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşüb.

 

Modern.az Ukrayna Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, onlar ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə edib, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi təsdiqləyiblər.

 

Görüşdə İrina Borovets Ukraynanın enerji sisteminə və mülki infrastrukturun bərpasına göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, xüsusilə Ukraynayönlü təşəbbüslərin dəstəklənməsinə və hərbi cinayətlərin pislənməsinə, ukraynalı uşaqların qanunsuz deportasiyasına, Beynəlxalq Krım Platformasına və Qlobal Sülh Sammitinə diqqət yetiriblər.

 

Səfir Seymur Mərdəliyev Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP 29-a hazırlıqla bağlı məlumat verib. Səfir, həmçinin Azərbaycanın Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına bundan sonra da dəstək vermək əzmində olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!