Modern.az

Antibiotiklər həmişə təsirli deyil... - XƏBƏRDARLIQ

Antibiotiklər həmişə təsirli deyil... - XƏBƏRDARLIQ

Aktual

17 Aprel 2024, 08:25

Antibiotiklər aşağı tənəffüs yollarının əksər infeksiyaları üçün təsirli deyil.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qənaətə Corctaun Universitetinin Tibb Mərkəzinin və Viskonsin Universitetinin tədqiqatçıları ABŞ-da aşağı tənəffüs yolları infeksiyaları üçün ilkin tibbi yardım və ya təcili yardım şöbələrinə müraciət edən insanlar üzərində araşdırma apardıqdan sonra gəliblər. Tədqiqatçılar bakterial infeksiyaların müalicəsində istifadə edilən müvafiq antibiotiklərin təyin olunduğu bu xəstələrin yüzdə 29-da antibiotiklərin öskürəklərin şiddətinə və ya müddətinə təsir etmədiyini, digər xəstələrlə müqayisədə heç bir fərq olmadığını müəyyənləşdiriblər. Antibiotiklər aşağı tənəffüs yolları infeksiyalarının əksəriyyətinin müalicəsində təsirli olmamaqla yanaşı, hətta infeksiya bakteriyalar tərəfindən törədilsə belə, öskürəyin şiddətinə və ya müddətinə təsir göstərmir.

 

Tədqiqatçılardan Dan Merenstein bildirib ki, yuxarı tənəffüs yollarının infeksiyalarına soyuqdəymə, faringit, sinus və ya qulaq infeksiyaları daxildir və antibiotiklərin yazılmalı olub-olmadığını müəyyənləşdirmək üçün burada əsas məsələ düzgün müayinədir.

 

Araşdırmanın məqaləsi “Journal of General Internal Medicine” jurnalında dərc olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!