Modern.az

Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlandı

Aktual

17 Aprel 2024, 10:02

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 16-da Xankəndi şəhəri ərazisindən 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbara, 1 alışdırıcı, 14 patron darağı, 1195 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!