Modern.az

“BS-Avtomatika”nın BMU-nun kafedrasının filialı yaradılacaq

“BS-Avtomatika”nın BMU-nun kafedrasının filialı yaradılacaq

Aktual

17 Aprel 2024, 11:14

Bakı Mühəndislik Universiteti (BMU) ilə “BS-Avtomatika” MMC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

 

BMU-dan Modern.az-a bildirilib ki, rektor Yaqub Piriyevlə MMC-nin direktoru Pünhan Seyidovun imzaladığı sənəd universitetdə avtomatika, elektronika və energetika yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlığında tərəflərin maddi-texniki bazalarından və insan resurslarından qarşılıqlı istifadə üzrə əməkdaşlıq məqsədi daşıyır.

 

Bir çox istiqamətləri ehtiva edən razılaşmaya əsasən, tərəflər universitetin kitabxana-informasiya sisteminin informasiya resurslarının zənginləşdirilməsi, tələbələrin istehsalat təcrübəsinin, həmçinin “BS-Avtomatika”nın istehsal sahələrinə ekskursiyalarının təşkili, ixtisaslaşdırılmış iş yerlərinin yaradılması, müvafiq avadanlıq və proqram təminatı ilə təchiz edilmə layihəsinə dəstək, məzunlar üçün karyera imkanlarının yaradılması və s. kimi sahələrdə əməkdaşlıq edəcəklər.

 

Bundan əlavə, MMC-nin rəhbər və aparıcı mütəxəssislərinin tədris prosesinə, eləcə də tələbələrin buraxılış işlərinə və magistrlik dissertasiyalarına rəhbərliyə cəlb olunması nəzərdə tutulur. Bu məqsədlə “BS-Avtomatika”nın binasında universitetin Avtomatika, telekommunikasiya və energetika kafedrasının filialının yaradılması, orada BMU mütəxəssisləri tərəfindən MMC-nin xidmət göstərdiyi strukturların əməkdaşlarına müxtəlif kursların proqramları çərçivəsində təlimlərin keçirilməsi planlaşdırılır.

 

İmzalanma mərasimi tərəflər arasında maraq doğuran digər məsələlər üzrə müzakirələrlə yekunlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək