Modern.az

Goranboyda avtomobil qəzası - 4 nəfər xəsarət aldı 

Goranboyda avtomobil qəzası - 4 nəfər xəsarət aldı 

18 Aprel 2024, 10:32

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Modern.az-ın məlumatına görə, Goranboy şəhərinin çıxışında 2 avtomobilin toqquşması nəticəsində, 1990-cı il təvəllüdlü İ.Səfərov, 1993-cü il təvəllüdlü E.Quliyev, 1992-ci il təvəllüdlü E.Yaqubov və 1981-ci il təvəllüdlü E.Həsənəliyev xəsarət alıblar.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi və qənaətbəxş kimi qiymətləndirirlər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü