Modern.az

“WhatsApp”da daha bir yeni yenilik

“WhatsApp”da daha bir yeni yenilik

Aktual

18 Aprel 2024, 11:58

“WhatsApp” istifadəçilərə kontaktlar səhifəsindən son vaxtlar onlayn olan insanları yoxlamağa imkan verəcək yeni funksiya üzərində işləyir.

 

Modern.az-ın məlumatına görə, yeni funksiya “WhatsApp”da olan və ya yenicə daxil olmuş insanları vurğulayaraq, istifadəçiləri məlumatlandırmaq məqsədi daşıyır.

 

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

 

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü