Modern.az

Ramzan Kadırov Rusiyanın daxili işlər naziri ola bilər - İDDİA

Ramzan Kadırov Rusiyanın daxili işlər naziri ola bilər - İDDİA

18 Aprel 2024, 14:21

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federasiyasının daxili işlər naziri postunu tuta bilər.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, “Krokus”da baş verən terror aktı və ardınca miqrantların həbsi Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində rotasiyaya səbəb ola bilər.

Daxili İşlər naziri Vladimir Kolokoltsevi əvəz etmək üçün bir neçə nəfər mübarizə aparır.

Ramzan Kadırovun bu vəzifəyə mümkün təyinatı mütləq qiymətləndirilir. Bir tərəfdən onun sərt rəhbərliyi böhran vəziyyətlərində təsirli ola bilər, digər tərəfdən, Kadırovun federal struktura rəhbərlik etmək təcrübəsi yoxdur.

Məlumatlarda başqa adlar da qeyd olunub. Xüsusilə, Daxili İşlər Nazirliyinin rəhbəri postuna potensial namizədlərdən biri federal penitensiar xidmətin direktoru Arkadi Qostevdir. O, əvvəllər Daxili İşlər Nazirliyinin strukturlarında işləyib, 2012-2021-ci illərdə daxili işlər nazirinin müavini vəzifəsini tutub.

Rusiya prezidentinin keçmiş köməkçisi, Yaroslavl vilayətinin keçmiş qubernatoru Dmitri Mironovun da adı hallanır.

“Kadırovun həmin vəzifəni tutacağını istisna etmək olmaz, baxmayaraq ki, bu, praktiki qərardan daha çox nazirliyin mövcud strukturları üçün təhlükə yarada bilər”, - Rusiya mətbuatı yazır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü