Modern.az

Narkotikin təsir altında maşın idarə edən sürücü saxlanıldı

Narkotikin təsir altında maşın idarə edən sürücü saxlanıldı

19 Aprel 2024, 11:54

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib və başqalarına zərər vurmadan hərəkətdən kənarlaşdırılıb.

 

Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan “Volkswagen” markalı, 10-HA-303 dövlət qeydiyyat nişanlı avtomobil idarənin əməkdaşları tərəfindən Lökbatan dairəsi yaxınlığında saxlanılıb.

 

Sənədlərin yoxlanılması zaman sürücü A.Əsgərovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

 

Müayinə zamanı A.Əsgərovun narkotik maddə qəbul etməsi aşkarlandığından barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir